BMT Təhülkəsizlik Şurası martın 14-də toplanıb Ərəb Liqası ölkələrinin Liviya ilə bağlı xahişini müzakirə edəcək. dünən Liqa Liviya üzərindən uçuşlara qadağa qoyulmasını istəyib.
Artıq Britaniya və Fransa qərar layihəsini hazırlayıblar, amma sənəd hələ yayılmayıb.
ABŞ hərbçiləri bildirirlər ki, Liviyaya qarşı belə bir qərarın icrası ona qarşı genişmiqyaslı hərbi əməliyyatlar tələb edir. Amma Rusiya və Çin bu ölkəyə hər hansı hərbi müdaxilənin əleyhinə çıxış edir.
Uçuşa qadağa qərarını icra edə biləcək NATO-da fikir birliyi yoxdur. Alyansı yeganə müsəlman üzvü olan Türkiyənin Baş naziri Rəcəb Tayyib ərdoğan martın 14-də deyib ki, Liviyaya hərbi təzyiq arzuedilməz nəticələrə gətirib çıxara bilər.
Bununla belə Ankara Liviya lideri Muammar Qaddafini dərhal istefa verməyə çağırır.
Martın 14-də Parisdə Böyük Səkkizlik ölkələri xarici işlər nazirləri də Liviya üzərindən uçulara qadağa qoyulmasını müzakirə edirlər.
Liviyanın Benghazi şəhərində Milli Şura yaratmış Liviya müxalifəti beynəlxalq ictimaiyyətdən belə qərarı mümkün qədər tez qəbul etməyi xahiş edirlər. Onlar bildirirlər ki, Qaddafiyə tabe olan hərbi qüvvələrin havadan dinc sakinlərə zərbələr endirməsinin qrşısını almaq üçün belə qərar mütləq lazımdır.
Amma vaxt müxalifətin yarımsilahlı qüvvələrinin əleyhinə işləyir. Liviya dövlət televiziyası martın 14-də elan edib ki, etiraz askiyalarına qoşulan əsgərlər təslim olsalar, Qaddafi onlar əfv edəcək.
Qaddafiyə tabe olan ordu hissələri ölkənin şərq ərazilərinə nəzarət edən və paytaxt Tripoliyə doğru hərəkət edən müxalifətin hücumlarının qarşısını alıb, bir neçə şəhərdən onları çıxarıb.
Bir aya yaxındır Liviya lideri Muammar Qaddafinin 42 illik hakimiyyətinə son qoyulması uğrunda ölkədə müxalifətin mübarizəsi gedir. Dinc etiraz askiyalarına silahlı müdaxilədən sonra ölkədə vəziyyət qarışıb. Qaddafi ölkənin əsas şəhərlərinə nəzarəti itirib.
Avropa və ABŞ liderləri Qaddafinin dərhal istefa verməsini tələb edirlər.