Biden Rusiyanı korrupsiyanı cilovlamağa çağırıb

ABŞ-ın vitse-prezidenti Joe Biden bildirib ki, bu ölkə Dünya Ticarət təşkilatına daxil olub, onun üstünlüklərindən faydalana bilmək üçün biznes və hüquqi sistemdən korrupsiyanı təmizləməli, sistemi demokratikləşdirməlidir. Rusiyaya səfərdən yeni qayıdan vitse-prezident xəbərdarlıq edib ki, yalnız olduqca ciddi və köklü islahatlar sərmayəçiləri Rusiyaya cəlb edə bilər.

"International Herald Tribune"-da çap olunan müsahibəsində Biden qeyd edir ki, korrupsiuyanın qarşısını alan ən ciddi vasitələr universal insan haqlarının qorunması, real müxalifət partiyaları, müstəqil media və tərəfszi məhkəmə sistemidir.

Rusiya 1993-cü ildən Dünya Ticarət Təşkilatına üzv olmağa çalışır.