«Qiyməti satıcılar qaldırır»

Arif Vəliyev

«Qiymətlərin qalxmasının əsas səbəbkarı satıcılardır. Onlardan soruşmaq lazımdır ki, qiymətləri niyə qaldırırlar».

Bunu martın 15-də Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev jurnalistlərə açıqlamasında bildirib. O deyib ki, qiymətləri satıcılar qaldırıb, yoxsa ətin və başqa ərzaq məhsullarının qiymətində ciddi dəyişiklik olmayıb.

Arif Əliyev onu da deyib ki, prezidentin göstərişindən sonra qiymətlər düşəcək.