Həmsədrlər Bakıdan Yerevana yola düşüblər

Martın 15-də ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye (Fransa), Robert Bradtke (ABŞ) və İqor Popov (Rusiya) Bakıdan Yerevana gediblər.

Fransadan olan həmsədr Bernar Fasye jurnalistlərə deyib ki, martın 15-də onlar prezidenti İlham Əliyev və Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşüblər:

«Əsas üç məsələni - Soçi görüşünün nəticələrini, ATƏT-in faktaraşdırıcı missiyasının hesabatını, hər iki tərəfdən cəbhə xəttindən snayperlərin çəkilməsi məsələlərini müzakirə etdik».

B. Fasye faktaraşdırıcı missiyanın hesabatını Azərbaycan prezidentinə təqdim etdiklərini bildirib:

«Sənəd hələlik qarşı tərəfə - Ermənistana təqdim edilmədiyi üçün onun detalları haqda danışa bilmərik».