Beynəlxalq Qırmızı Xaç Komitəsi hərbi əsirlərin dəyişdirilməsi ilə bağlı Azərbaycan və Ermənistanla danışıqlara başlayıb.
BQXK Bakı missiyasının şöbə müdiri İlahə Hüseynova deyir ki, Ermənistan azərbaycanlı əsirlərin qaytarılmasına razılıq verib və bu barədə BQXK-nın Yerevan ofisini xəbərdar edib.
Martın 5-də Soçidə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin sammitində hərbi əsirlərin dəyişdirilməsinə dair razılıq əldə olunub.
Azərbaycan tərəfinin məlumatına əsasən, milli ordunun çavuşu Anar Hacıyev və kiçik çavuş Roman Hüseynov hələ də erməni əsirliyindədir.