Bunu Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mina Məlikova deyib. O, bildirib ki, son 4 il davam edən böyük paxlava ənənəsi bu il olmayacaq. Amma şəhər meydanında kütləvi Novruz şənliyi təşkil ediləcək.
Gəncədə Novruz şənliyi martın 20-si saat 12-də keçiriləcək.
Şəhərin baş meydanında təşkil olunacaq tədbirdə bayram tonqalı qalanacaq, Novruzun simvolu sayılan Baharqızı, Kosa və Keçəl şənlikdə iştirak edəcək. Bundan başqa, meydanda 6 çadır qurularaq xalqımızın milli mətbəxi, adət-ənənələri, milli oyunları nümayiş etdiriləcək.