Pakistan məhkəməsi ABŞ vətəndaşını azad edib

Lohar məhkəməsi yanvarın sonunda 2 pakistanlını güllələmiş amerikalını azad edib.

Pəncab əyalətinin Ədliyyə Nazirliyi tərəflərin bu qətllərə görə kompensasiya ödənilməsi barədə razılığa gəldiklərini xəbər verir.

ABŞ səfirliyinin əməkdaşı Raymond Deyvis onları qəsdən öldürmədiyini,bunu özünümüdadiə məqsədilə etdiyini deyir.

Birləşmiş Ştatlar isə Deyvisin diplomat toxunulmazlığı olduğunu təkid edərək onun verilməsini tələb edirdi.