«Azərbaycan» qəzeti bu günki sayında yazır ki, «İfrat radikal müxalifət yenə xəyanətkar mövqedədir»
Qəzet yazır ki, bu düşərgə təmsilçiləri çirkin niyyətlərinə çatmaq üçün Azərbaycanın ən qatı əleyhdarları ilə də işbirliyinə gedirlər.
«Niyyət və əməli daha çox Azərbaycanda daxili sabitliyi pozmağa yönələn, fəaliyyəti ilə hər zaman ölkəmizin nüfuzunu zədələməyə çalışan ifrat radikal müxalifət əslində, antiazərbaycançı şəbəkənin bir təmsilçisi kimi çıxış etdiyini istər-istəməz faş etməkdədir. Çünki cəmiyyətdən özünü təcrid halına salmış radikallar ölkəmizin rifahını istəməyənlər kimi Azərbaycanda xaotik bir durumun formalaşmasını arzulayır, bu yöndə addımlar atmağa cəhd göstərirlər. Buna nail olmasalar da, iyrənc əməlləri ilə əslində, Azərbaycanın ən qatı əleyhdarları ilə bir sırada yer aldıqlarını göstərmiş olurlar. Beləliklə, qeyd edilənlərdən aydın görünür ki, əslində, radikal müxalifət və beynəlxalq miqyasda Azərbaycan əleyhinə fəaliyyət göstərənlər əməlləri ilə bir-birinə bağlıdırlar. Bu mənada radikal müxalifətin antiazərbaycançı şəbəkədən gələn göstərişlər əsasında fəaliyyətini qurması, müəyyən maliyyə vəsaiti alması barədə indiyə qədər səslənən fikirlərin heç də reallıqdan uzaq olmadığı daha aydın görünər»- deyə qəzet yazır.
«TƏLƏBƏLƏR ZORLA YAP-LAŞDIRILIR»
Bu barədə «Azadlıq» qəzet yazır. Qəzet prosesə artıq Bakı Dövlət Universitetində start verildiyini qeyd edir.
«Hakimiyyətin son zamanlar cəmiyyətdəki aktivləşmədən narahatlıq keçirdiyi açıq şəkildə görünməkdədir. Görünür elə bunun nəticəsidir ki, hakimiyyət dairələrində «gənclərlə işi gücləndirməyə» qərar verilib. «İşlər»dən biri isə gəncləri zorla YAP-a üzv yazdırmaqdır. BDU-nun bütün fakultələrinin 1-ci və 2-ci kurs tələbələri məcburi şəkildə YAP-a üzv yazdırılırlar. Bu addımı atmayacaqları təqdirdə qarşıdakı imtahanlarda problemlərlə üzləşəcəkləri tələbələrə açıq şəkildə bəyan olunur. YAP-a üzv olmaq istəməyən bir çox tələbələr isə yaranmış situasiyada çıxış yolunu dərsdən qaçmaqda görür»-deyə qəzet bildirir.
«HƏTTA EYNULLA FƏTULLAYEV DƏ ƏFV OLA BİLƏR»
«Yeni Müsavat» qəzeti Novruz bayramı ilə bağlı əfv olunacaq məhbusların siyahısının artıq hazır olduğunu yazır:
«Novruz bayramı ərəfəsində sürpriz əfv veriləcəyi ilə bağlı xəbərlər ciddiləşir. Hakimiyyətdəki qaynaqlardan aldığımız son məlumata görə, Əfv Komissiyası toplaşmasa da Novruz bayramında azad ediləcək məhbusların siyahısı da artıq hazırlanıb. Bu məsələnin daha yuxarı səviyyədə həll olunduğu deyilir». Qəzet bu dəfəki əfv fərmanının əvvəlkilərdən fərqli olacağını, illərdir cəza şəkən tanınmış simaların da azad olunacağını yazır.
«Hətta hakimiyyətin özəl qərəzli münasibət bəslədiyi «Gündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevin də azad olunmasına razılıq verildiyi bildirilir» deyə qəzet yazır.