Eynulla Fətullayevin müalicəsinə başlanılıb

Martın 17-dən həbsdə olan baş redaktor Eynulla Fətullayevin müalicəsinə başlanılıb.

Bu barədə AzadlıqRadiosuna onun vəkili Anar Qasımov məlumat verib.

«Mən bu gün Eynulla Fətullayevlə görüşdüm, saxlandığı təkadamlıq kamerada artıq onun müalicəsinə başlanılıb. Ona dərman preparatları verilib. O, müayinə olunub».

Vəkil deyir ki, Eynulla Fətullayev ombudsman Elmira Süleymanovanı həbsxanaya dəvət edib:

«Bundan başqa, Eynulla Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqovu da ona baş çəkməyə dəvət etdi. Dedi ki, o, mətbuata mənim xəstələnmədiyimi bildirir. Gəlsin görsün ki, mən yalan demirəm».