Elmar Məmmədyarov Ərəbistana gedib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov martın 20-də Birləşmiş Ərəb Əmirliklərinə gedib.

Bu barədə AzadlıqRadiosuna XİN mətbuat xidmətindən məlumat verilib.

Səfər martın 22-dək davam edəcək. Səfər zamanı Elmar Məmmədyarovun həmkarı Şeyx Abdullah bin Zayid əl-Nahyan, ticarət naziri və ordu komandanın müavini ilə görüşləri nəzərdə tutlub.

Görüşlərdə ikitərəfli və çoxtərəfli münasibətlər, iqtisadi, siyasi, humanitar, mədəni əlaqələr, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, regional və qlobal məsələlər müzakirə olunacaq.