Gəncəyə Göygöldən içməli su gətiriləcək

Bu haqda məlumatı Gəncə «SuKanal» Törəmə Səhmdar Cəmiyyətinin direktoru Azər Hacıyev verib.

Bu payız havaların quraqlıq keçməsi Göygölə də təsir edib və fevral ayında göldə suyun səviyyəsi 3 metrədək aşağı düşüb. Nəticədə təxminən bir aydır ki, göldən Gəncənin «518-ci» anbarına su gəlmir. Bu anbardan su götürüb əhaliyə satan su maşınları başqa yerlərə üz tutmalı olublar. Bəzi maşın sahibləri suyu Samuxun Sərkar kəndindəki bulaqdan və ya başqa artezianlardan götürürlər. Bu isə əhalinin sağlamlığı üçün təhlükə doğururdu.

A. Hacıyev artıq martın 22-dən şəhərə içməli su satan maşınların anbardan su ala biləcəklərini deyir.