“New York Times” qəzetinin jurnalistləri Türkiyə səfirliyinə sığınıb

Liviyada saxlanan “New York Times” qəzetinin dörd əməkdaşı azad ediləndən sonra Türkiyənin Tripolidəki səfirliyinə sığınıblar.

Türkiyənin Washington-dakı səfirliyindən martın 21-də məlumat veriblər ki, jurnalistlər tezliklə Tunislə sərhədi keçib Liviyanı tərk edəcəklər.

Liviya rəsmiləri jurnalistlərin keçən həftə Qaddafiyə tabe olan qüvvələr tərəfindən döyüş meydanında saxlandıqlarını bildirirlər.