Fukushima stansiyasından ərzağa yayılan radiasiya daha təhlükəli imiş

Dünya Səhiyyə Təşkilatı martın 21-də məlumat verib ki, Yaponiyada zədələnmiş Fukushima atom elektrik stansiyasından ərzaq mallarına yayılmış radiasiya əvvəl düşünüldüyündən daha təhlükəlidir.

BMT-dən yayılan bu məlumatdan bir qədər əvvəl Yaponiya mütəxəssisləri həmin stansiyadakı reaktorlarpın əriməsinin qarşısının alınması sahəsində bəzi uğurlar əldə etdiklərini bildiriblər.

Hazırda həddən artıq qızmış reaktorlardan birini soyutmaq üçün ona su vurulur.

Martın 11-də baş vermiş 8.9 bal gücündə zəlzələ və onun ardınca da sunamidən həlak olanların sayı isə 18 000 nəfərə çata bilər. Yaponiya polisinin məlumatına görə indiyə qədər 8 600 nəfərin həlak olması təsdiq edilib. Daha 12 800 nəfər isə hələlik itkin hesab edilir.