Ukraynada eks-prezidentə qarşı istintaq başlanıb

Ukraynada jurnalist Qonqadzenin ölümündə keçmiş prezident Leonid Kuçmanın əlinin olub-olmaması barədə istintaq başlanıb.

Baş prokurorun müavini Kuzmin deyib ki, Kuçma Qonqadzeyə qarşı qanunsuz hərəkətlərdə və qətldə əli olmaqda şübhəli bilinir.

Kuçmanın qatı tənqidçisi olan Qonqadze 2000-ci ildə oğurlanmışdı və meyiti Kiyev yaxınlığında meşədə basdırılmışdı.