Suriya hökuməti Deraa şəhərində bir neçə nəfərin ölümü ilə bağlı “cinayətkar silahlı birləşmələrin” məsuliyyət daşıdığını bildirib.
Hüquq müdafiəçiləri bildirirlər ki, hökumət qüvvələrinin nümayişçilərə açdığı atəş nəticəsində azı 6 nəfər həlak olub.
Deraa şəhərində bu gün səhər tezdən yüzlərlə etirazçı müxalifətin aksiyasına qoşulmuşdu.
Etirazçılar fövqəladə vəziyyətin ləğvini, xalqa daha geniş azadlıqlar verilməsini tələb edirdi. Nümayişçilərdən bir çoxu prezident Bəşər Əsədin istefasını da tələb edib.