Britaniyanın qızıl çıxaran şirkəti Özbəkistandan gedir

Britaniyanın dağ-mədən şirkəti deyir ki, Özbəkistandakı əməliyyatlarını dayandırır və etimadın zəiflədilməsinə xidmət edən hökumət təftişi ilə bağlı hüquqi mübarizəyə hazırlaşır. "Oxus Gold"un nümayəndələri deyirlər ki, şirkətin 50 faiz payına şərik olduğu müəssisənin idarəçiliyini dayandırmaqla bu yoxlamalara cavab verirlər.

"The Associated Press" məlumat verir ki, bu münaqişə Özbəkistanın investisiya mühitini pisləşdirə bilər və ölkənin qızıl mədənlərinin tamamilə hakimiyyətin nəzarətinə keçməsinə şərait yarada bilər.