Azərbaycanın şimal bölgəsinə qar yağıb

Havanın temperaturu 8-9 dərəcə aşağı düşüb

Quba, Qusar və Xızı rayonlarına qar yağıb. Regional hava bürosunun məlumata görə, bölgədə havanın temperaturu 8-9 dərəcə aşağı düşüb.

Bu cür hava şəraitinin həftənin sonunadək davam edəcəyi və dağ çaylarında suyun səviyyəsinin qalxacağı gözlənilir.