Avropa Birliyi Liviyaya qarşı sanksiyaları açıqlayıb

Avropa Birliyi Liviyaya qarşı iqtisadi sanksiyaların siyahısını açıqlayıb.

Bu sanksiyalarda Liviya Milli Neft Korporasiyası və onun 5 törəmə şirkətinin hesablarının dondurulması nəzərdə tutulur.

Sənəddə bu şirkətlərin hamısının birbaşa Muammar Gaddafinin nəzarətində olduğu bildirilir.