NATO-nun hava zərbələri nəticəsində 5 nəfər ölüb

Əfqanıstanın Qəzni əyalətində NATO qüvvələrinin hava zərbələri nəticəsində 5 nəfər həlak olub.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, ölənlər hərbi bazaya yük aparan maşın karvanının mühafizə xidmətinin əməkdaşlarıdır.

Hadisə ilə bağlı araşdırma aparılır.