1-ci dünya müharibəsinin sonuncu veteranı ölüb

Birinci dünya müharibəsinin sonuncu veteranı 110 yaşında vəfat edib. Britaniyada doğulan Claude Choules mayın 5-də Avstraliyanın qərbindəki qocalar evində ölüb.

«Chuckles» kimi tanınan veteran 14 yaşında Böyük britaniyanın hərbi dəniz qüvvələrinə qoşulub.

1920-ci ildə Avstraliya miqrasiya edən Çouls 40 ilə yaxın orduda xidmət edib. 76 il həyat yoldaşı ilə birgə həyat sürüb.

Onun 3 övladı, 11 nəvəsi var.