İraqda partlayış zamanı azı 10 nəfər ölüb, 30 yaralı var

İraqın mərkəzi Hilla şəhərində partlayış zamanı azı 10 nəfər ölüb, 30 adam yaralanıb.

Rəsmilər bildiriblər ki, intiharçı minalanmış maşını paytaxtdan 100 km aralıda yerləşən polis məntəqəsinin yaxınlığında saxlayıbmış.

Partlayışda ölənlərin çoxu polisdir.

Hadisə nəticəsində polis məntəqəsi və yaxınlıqdakı binalar ciddi ziyan görüb.