Beynəlxalq qrossmeyster Gəncədə şahmatçılarla «açıq seans» keçirəcək

Mayın 7-də şahmat üzrə Avropa çempionu, beynəlxalq qrossmeyster Vüqar Həşimov Gəncəyə səfər edəcək.

Bu haqda Gəncə Şahmat Məktəbinin məşqçi-müəllimi Asif Həsənov məlumat verib. O, bildirib ki, «açıq seansa» rəmzi olaraq 88 şahmatçının qatılması nəzərdə tutulub.

Mayın 6-dan etibarən Gürcüstanın Tbilisi şəhərində qadınların şəxsi Avropa birinciliyi başlanır. Gəncəli şahmatçılar Səbinə İbrahimovaÜlviyyə Fətəliyeva yarışlarda Gəncəni təmsil edəcəklər.