Mayın 5-də polis nəzarətində olan AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Bakı şəhər Prokurorluğunda ifadə verib.
Bu haqda AzadlıqRadiosuna F. Qəhrəmanlının vəkili Yalçın İmanov məlumat verib.
Bu, əlavə dindirmə olub. F. Qəhrəmanlıya əsasən İctimai Palata və 2 aprel aksiyası barədə suallar verilib.
F. Qəhrəmanlı İctimai Palatanın 2 aprel aksiyasında saxlanmışdı. İki gün sonra buraxılmışdı. Ona qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmə istintaq müddətində onun təqsirləndirilən şəxs qismində polis nəzarətində olması haqda qərar çıxarıb.