İraqın Hilla şəhərində ölənlərin sayı 20-yə çatıb

Son məlumata görə İraqın Hilla şəhərində törədilmiş partlayış nəticəsində 20 nəfər ölüb, onlarla adamsa yaralanıb.

İntiharçı minalanmış maşını polis idarəsinin qapısına çırpıb.

Ölənlərin əksəriyyəti polislərdir.

Həmçinin ətrafdakı binalar dağılıb.