ABŞ Pakistandan narazıdır

ABŞ hökuməti Pakistanın xüsusi xidmətinin bir sıra yüksək səviyyəlu nümayəndələrinin Osama bin Ladenlə əlbir olub-olmamalarına aydınlıq gətirməyə çağırıb.

New York Times qəzeti yazır ki, Birləşmiş Ştatlar Pakistanın müdafiə nazirliyi və xüsusi xidmətinin bu məsələdə şübhəli bilinən bir sıra kəşfiyyatçıların adını verməməsindən narahatdır.