David Beckham yolda qəza törədib


Məşhur britaniyalı futbolçu David Beckham Los-Anceles yaxınlığında avtomobil qəzasına düşüb.

Yerli polisin məlumatına görə, Beckhamın idarə etdiyi Cadillac yolun kənarında dayanmış Mitsubishi markalı bir avtomobilə çırpılıb.

Nəticədə maşının sürücüsü boynundan yüngül xəsarət alıb və xəstəxanaya götürülüb.

Futbolçu və onunla bir yerdə olan 12 yaşlı oğluna heçnə olmayıb.

Beckham, orta xətt oyunçusu olaraq ABŞ-in Los Angeles Galaxy klubunda oynayır.