Dağıstanda qəzet redaktoru öldürülüb

Dağıstanın Xasavyurt rayonunda "Assalam" qəzetinin avar dili redaksiyasının redaktoru Yəhya Maqomedov öldürülüb. Faktla bağlı cinayət işi qaldırılıb. Dağıstanın istintaq idarəsindən verilən məlumata görə, hadisə yerində istintaqçılar işləyir.

Mahaçqala ətrafında isə bazar günü axşam Dağıstanın Xüsusi Təyinatlı Milis Dəstəsinin əməkdaşı öldürülüb. Naməlum şəxs onu Şamxal qəsəbəsindəki evinin həyətində güllələyib. Atəş açan şəxs axtarılır.