Filippindəki təbii fəlakət nəticəsində 9 nəfər ölüb

Filippinin şimal-şərqində baş verən tropik fırtına nəticəsində azı 9 nəfər həlak olub. Yüz minlərlə adam baş verən sel nəticəsində evlərini tərk edib.

Təbii fəlakət daha çox Katanduanes əyalətinə ziyan vurub. Elektrik kəsilib, daxili aviareyslər təxirə salınıb.