ABŞ-Çin arasında danışıqlar başa çatır

ABŞ və Çin rəsmiləri arasında iqtisadi məsələlərə dair iki günlük yüksək səviyyəli danışıqlar başa çatır.

Vaşinqtonda başlanan danışıqların birinci günündə Dövlət Katibi Hillary Clinton Çində insan haqları fəalları, jurnalistləri və bloggerlərə qarşı təqiblərdən narahat olduğunu bildirib. Həmçinin milli valyutası yuanın daha sürətlə artmasına imkan verməyə çağırıb.

2011-ci ilin əvvəlindən ərəb inqilabları başlayandan sonra Çin rəhbərliyi də onlarla dissidenti həbs edib.