Çexiya prezidenti gələn həftə 4 günlüyünə Azərbaycana gəlir

Vaclav Klaus

Çexiya prezidenti Vaclav Klaus gələn həftə dörd günlük səfərlə Azərbaycana gəlir.

Səfər zamanı prezident, baş nazir və digər yerli siyasətçilərlə görüşəcək. Bu barədə Çexiya prezidentinin rəsmi internet səhifəsində məlumat yerləşdirilib.

Mayın 16-da gerçəkləşəcək səfər zamanı iki ölkə arasında bir neçə müqavilənin imzalanacağı gözlənilir.