Çexiya prezidenti Azərbaycana gəlir

Çexiya prezidenti Vaclav Klaus gələn həftə dörd günlük səfərlə Azərbaycana gəlir.

Vaclav Klaus səfər zamanı İlham Əliyev, Artur Rəsizadə və digər yerli siyasətçilərlə görüşəcək. Bu barədə Çexiya prezidentinin rəsmi internet səhifəsində məlumat yerləşdirilib:

«Səfər zamanı enerji məsələləri müzakirə ediləcək. Çex diplomatları eləcə də başqa sahələrdə Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır».

Vaclav Klausun regionlara səfər etməyi də gözlənilir. Bundan əlavə çex prezidenti neft terminallarından birisini də ziyarət edəcək.

Prezidentin Bakı Slavyan Universitetinin müəllimləri və tələbələri ilə görüşü də planlaşdırılır.

Mayın 16-da gerçəkləşəcək səfər zamanı iki ölkə arasında bir neçə müqavilənin imzalanacağı gözlənilir.