Əfqanıstanda 400 silahlı polisə bazasına hücum edib

Bu səhər Əfqanıstanın şərqindəki Nuristan əyalətində yaraqlılardan ibarət böyük bir qrup polis bazasına hücum edib.

Əyalətin polis rəisinin sözlərinə görə, hücumda 400 yaraqlı iştirak edib. Polis əməkdaşları 4-cü nəzarət-buraxılış məntəqəsində onların hücumlarının qarşısını ala bilib. İtkilər haqqında məlumat verilmir.

Hücuma görə məsuliyyəti talibançılar üstlərinə götürüblər.