Liviya üsyançıları hava limanını ələ keçiriblər

Liviya üsyançıları Misrata şəhərindəki hava limanını ələ keçirdiklərini deyirlər.

Ölən və yaralıların sayı dəqiq bəlli deyil.

Mühasirədə olan şəhər indiyədək yalız dəniz yoluyla təhhciz olunduğundan, hava limanının zəbti üsyançılar üçün böyük uğur sayılır.

NATO təyyarələrinin bu gün paytaxt Tripolidəki administrativ və hərbi obyektlərə zərbələr endirdikləri xəbər verirlir.

NATO komandanlığı bir daha bəyan edib ki, zərbələrdə məqsəd Gaddafini öldürmək deyil.