Konqoda hər gün 1100-dən çox qadın zorlanır

Konqo Demokratik Respublikası dünyada qadınlar üçün ən təhlükəli ölkə hesab olunur.

American Journal of Public Health-ın hesabatına görə, bu ölkədə hər gün 1100-dən çox qadın zorlanır.

Bu göstərici bundan əvvəl BMT-nin yaydığı statistikadan 26 dəfə çoxdur.

Konqoda uzun illərdi ki, partizan müharibəsi gedir.

Yaraqlı birləşmələr müntəzəm olaraq qətllər törədir, qadınları zorlayır və soyğunçuluq edirlər.