Həmin qüllənin tikintisi üçün müxtəlif dillərdə 30 min kitabdan istifadə olunub.
Buenos-Ayres şəhəri UNESCO tərəfindən 2011-ci il Dünya Kitab Paytaxtı elan edilib. Bu münasibətlə Buenos-Ayres meriyasının keçirdiyi aksiyada Azərbaycanın Argentinadakı səfirliyi də yaxından iştirak edib.
Qüllənin tikilməsinin fəlsəfəsi bəşəriyyətin problemlərdən xilasının kitab, mütaliə və maariflənməkdə olması ideyasını təşviq etməkdir.
Simvolik «Babil Qülləsi» bir ay müddətində ziyarətçilər üçün açıq olacaq. Sonra qüllənin tikintisində istifadə olunmuş kitablar əsasında Argentinanın ilk çoxdilli kitabxanası yaradılacaq. /APA/
http://www.youtube.com/embed/PisWildjcH4