Pakistandakı partlayışda ölənlərin sayı 80-ə çatıb

Pakistanın Əfqanıstanla sərhəddə yerləşən Charsadda şəhərində baş verən iki partlayış nəticəsində ölənlərin sayı 80-ə çatıb. Yüzə yaxın adam yaralıdır.

Polisin verdiyi məlumata görə, partlayışı intiharçılar törədib. Partlayış hökumət qoşunlarının təlim məşq mərkəzində baş verib. Ölənlərin çoxu hərbi hazırlıq keçən çağırışçılardır.

Partlayışa görə məsuliyyəti Pakistandakı talibançılar üstlərinə götürüb. Bildiriblər ki, bu, Osama bin Ladenin öldürülməsinə cavabdır.