Ukrayna 2 çex diplomatını ölkədən çıxarır

Ukrayna 2 Çexiya diplomatını casusluq ittihamı ilə ölkədən çıxarır.

Ukrayna Xarici İşlər nazirliyi Kiyevdəki Çexiya səfirliyinin 2 hərbi müşavirini səlahiyyətlərindən sui-istifadə edib, dövlət sirri sayılan məlumatlar əldə etməkdə ititham edib.

Yanvar ayında Çexiya dövləti öz ölkəsində cinayətdə ittiham olunan keçmiş Ukraynalı nazir Bohdan Danylyshyn-ə siyasi sığınacaq verdiyi üçün rəsmi Kiyevin qəzəbinə səbəb olmuşdu.