Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) «Azad Systems Co.» şirkəti bu il üçün Silahlı Qüvvələrdən 60 ədəd pilotsuz uçan aparat sifarişi alıb.
Bu barədə «APA»ya Müdafiə Sənayesi naziri Yavər Camalov məlumat verib.
Artıq şirkət «Orbiter 2M» və «Aerostar» tipli pilotsuz aparatların istehsalına start verib.
Y. Camalov onu da bildirib ki, pilotsuz aparatların hissələrinin 30%-i MSN-də istehsal olunur. Komplektləşdiricilər isə Avropa ölkələrindən alınır.
Pilotsuz aparatların istehsalı IAI – «Israel Aerospace Industries» (İsrail Aviasiya-Kosmik Sənayesi) şirkəti ilə müştərək həyata keçirilir.