Avropa Birliyi Portuqaliyaya 78 milyard avro verir

Avropa Birliyi (AB) maliyyə böhranıyla üzləşən Portuqaliyaya 78 milyard avro, təxminən 110 miyard dollar məbləğində yardım edəcək.

Brüsseldə toplaşan AB maiyyə nazirlərinin yaydığı bəynatda belə deyilir. Qərara görə, yardımın 1/3-ni üzv ölkələr, 1/3-ni Beynəlxalq Valyuta Fondu, qalanını isə Avropa Birliyi büdcəsindən kredit şəklində veriləcək.

Təcili kreditin əvəzində Portuqaliya hökuməti büdcə kəsirini 2013-cü ilə 9.1 faizdən 3 faizə salmalıdır.