Avropa və Azərbaycan...

Zahid Oruc

«İşdən sonra» proqramında Ana Vətən Partiyasının sədr müavini, deputat Zahid Oruc və «Respublikaçı Alternativ» Hərəkatının həmsədri Erkin Qədirli Avropanın Azərbaycana və ya Azərbaycanın Avropa dəyərlərinə münasibəti barədə danışırlar.

Zahid Oruc:

«Mən səmimi fikrimi söyləyirəm. Bu siyasət adamının mövqeyi deyil. Mənim aləmimdə indiki gerçəklikdə Azərbaycanı indikindən artıq demokratik etmək mümkün deyil. Mən istisna etmirəm ki, dərhal Gürcüstan mövqeyindən çıxış edəcəksiniz. Amma deyirəm ki, ciddi humanitar fəlakət, köçkünlük problemi, yerdəyişmələr, sosial haqqların pozulması fonunda digər siyasi haqqların gerçəkləşdirilməsini kimsə mənə sübut edə bilməyəcək. Mən deyirəm ki, Azərbaycanın təkcə ərazisinin yox, elə siyasi haqqlarının da 20 faizi işğal olunmuş vəziyyətdədir. Mənim aləmimdə Azərbaycan bundan daha 20 faiz, daha 30 faiz demokratik olsa, bu, Qərbin də eyni proporsiyada Azərbaycanın müdafiəsinə səbəb olacaq və qanadlarını bütöv siyasi cəhətdən təhlükəsizlik baxımından Azərbaycanın üzərinə sərəcəyinə əmin deyiləm. Mən səmimi fikrimi söyləyirəm ki, cəmiyyət idarəçiliyinin hakimiyyət tərəfindən görünən modeli belədir ki, bu gün bir sıra
Erkin Qədirli

məsələlərdə ayrı-ayrı qüvvələrlə konsensus tapıla bilməyəcək».

Erkin Qədirli:

«Heç olmasa televiziyalarda canlı yayında açıq siyasi müzakirələr mümkün deyilmi? Yəni bu bizim hansısa bir milli təhlükəsizliyimizəmi uyğun gəlmir? Axı bizim gördüyümüz odur ki, heç bir kanalda canlı yayımda siyasi müzakirə yoxdur. Bütün siyasi və siyasətsayağı müzakirələrdə hamısı öncədən yazılıb verilir və orada ancaq eyni adamlar dəvət olunur, hansılar ki, lap tənqid etsələr belə xəfif və mülayim mövqe tuta bilərlər. Axı biz cəmiyyətdə hamımız o adamları tanıyırıq. Bütün sahələrdə elə adamlar var ki, onlar ümumiyyətlə televiziyalara buraxılmırlar. Fakt budur. O adamların səsi çıxmır, rəyi bilinmir».