Azad Qaradərəlidən roman və hekayələr kitabı

“Qanun” nəşriyyatında yazıçı Azad Qaradərəlinin “Burda yer fırlanmırdı” kitabı işıq üzü görüb.

Kitaba müəllifin son on ildə yazdığı nəsr əsərləri daxil edilib.

Oxucular kitabda yazıçının 2004-cü ildə bitirdiyi, müxtəlif mətbuat orqanlarında hissə-hissə çap etdirdiyi “Günəş tutulan yerdə” romanı, əsasən qaçqınların taleyindın bəhs edən hekayələri ilə tanış ola biləcəklər.

Səməd Behrənginin və Eldar Baxışın xatirələrinə həsr olunmuş “Yuxarıda kim var?” uzun hekayəsi bu kitabın çapa hazırlanması prosesində qəfil yazılanlardandır.

Kitab 416 səhifədən ibarətdir və 1000 tirajla çap olunub.

Həmçinin oxu
Azad Qaradərəli "Adamı igid kimi ölməyə də qoymurlar" (Hekayə)
Azad Qaradərəli "Gədə" (Hekayə)