Türkiyədə zəlzələ olub, ölənlər var

Türkiyədə ötən gecə 6 bal gücündə zəlzələ olub. Yerli KİV-in məlumatına görə, Simav şəhərində 2 nəfər ölüb, bir nəfər ağır yaralı olmaqla 79 nəfər xəsarət alıb.

Dağıntılar var.

Zəlzələnin episentri Kutahya şəhərindən 80 kilometr cənub-qərbdə yerləşsə də təkanlar İstanbulda da hiss olunub.