ABŞ iranlı tələbələrə viza rejimini asanlaşdırır

ABŞ səfirliyində barmaq izlərinin oxuyan skaner

İndən belə Birləşmiş Ştatlarda təhsil almaq istəyən iranlı gənclər 2 illik viza ala biləcəklər.

İndiyədək iranlı tələbələrə yalnız 3 aylıq viza verilirdi.

Bunu cümə günü Vaşinqtonda dövlət katibi Hillari Klinton bəyan edib.

Hillari Klinton qeyd edib ki, ABŞ İranda real dəyişikliklərə yeni imkan açılmasını istəyir.