Avropa Birliyi: “Hökmlər təcili və ədalətli şəkildə yenidən nəzərdən keçirilməlidir”

Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Catherine Ashton Azərbaycanla bağlı bəyanat verib. “Mən Azərbaycanda insan hüquqlarına göstərilən münasibətdən narahatam” sözləri ilə başlayan bəyanatda xanım Ashton bildirir ki, bu narahatçılığı onlarda mayın 4-də və mayın 18-də iki gənc fəalın, Cabbar Savalanlının və Bəxtiyar Hacıyevin barəsində verilən hökm doğurub.

Catherine Ashtonunu bəyanatında deyilir ki, bu iki hadisə huquqi proseduralarda siyasi motivlərə yol verildiyini göstərir. “Biz Azərbaycanda fundamental azadlıqlara dərin ehtirama çağırırıq” deyən Catherine Ashton eyni zamanda əlavə edib ki, Azərbaycan qanunun ölkənin özünün də qəbul etdiyi beynəlxalq standartlara uyğun idarə edilməsinə zəmanət verməlidir. “Biz Azərbaycanı bu hökmləri təcili və ədalətli şəkildə yenidən nəzərdən keçirməyə çağırırıq"? - bəyanatda deyilir.