Nazir əmr verib ki, “Son zəng” yalnız məktəbdə keçirilsin

Azərbaycanda "Son zəng" mayın 31-də yalnız təhsil müəssisələrinin ərazisində keçiriləcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Təhsil Nazirliyindən bildirilib.

Nazirlikdən qeyd edilib ki, təhsil naziri Misir Mərdanovun "Ümumtəhsil məktəblərində "Son zəng" tədbirinin keçirilməsi haqqında" əmrinə əsasən, "Son zəng" mayın 31-də saat 10:00-dan başlayaraq üç saat müddətində keçirilə bilər.
Əmrdə ölkənin ümumtəhsil məktəblərində təşkil olunan "Son zəng" tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələrinin iştirakının təmin edilməsi nəzərdə tutulub.

Eyni zamanda, ölkənin bütün təhsil idarələrinə göstəriş verilib ki, "Son zəng"lə bağlı şagirdlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlər görülsün.