İran səfirliyi qarşısında etiraz aksiyası keçirilib (VİDEO)

Sizin brauzer HTML5-i dəstəkləmir

DAK İranın Bakıdakı səfirliyinin qarşısında etiraz aksiyası keçirdi. Polis aksiyaya müdaxilə etmədi.

Mayın 23-də Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan nümayəndəliyini təmsil edən bir qrup gənc İranın Bakıdakı səfirliyi qarşısında etriaz aksiyası keçirdib.

«Biz ölərik, Güneydən əl çəkmərik! Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun!»

DAK-ın Azərbaycan nümayəndəliyinin rəhbəri Səftər Rəhimli AzadlıqRadiosuna deyib ki, bu 2006-cı il mayın 22-də İranın rəsmi qəzetində azərbaycanlaların təhqir olunması ilə bağlı keçirilən ənənəvi aksiyadır.

«İranın rəsmi dövlət qəzeti olan «İran» qəzetində türk milləti hamam böcəklərinə bənzədilmişdi. Ona görə də 22 may Güney Azərbaycanda «milli qiyam günü» kimi qeyd edilir. Sırağa gündən başlayaraq Güney Azərbaycanın bölgələrində etiraz aksiyaları keçirilir. Biz iran əhalisinin 60 faizini təşkil edən türk millətinin rejimin rəsmi qəzetləri tərəfindən tərqir edilməsinə etiraz olaraq bu aksiyanı keçirtdik».

Etirazçılar səfirliyin qarşısında öz bəyanatlarını səslindirdikdən sonra dağlışıblar. Bakı şəhər İcra Hakimiyyətinin razılığı olmadan keçirilsə də polis aksiyaya müdaxilə etməyib. Saxlanılan yoxdur.