Obama ulu babasının vətəninə- İrlandiyaya səfər edir

ABŞ Prezidenti Barack Obama 4 günlük Avropa turnesinə mayın 23-də İrlandiyadan başlayıb. Obamanın İrlandiyaya səfəri vaxtı ulu babalarından birinin doğuldu Moneygall kəndinə də baş çəkməsi gözlənilir.

Obama burdan Britaniyaya, Fransa və Polşaya səfər edəcək. Parisdə ABŞ Prezidenti Böyük səkkizliyin – G8-in sammitinə qatılacaq, Polşada Şərqi Avropa ölkələrinin liderləri ilə görüşəcək.