Şəkinin icra başçısı dəyişdirildi

Şəki

Ağstafanın icra başçısı bundan sonra Şəki şəhərinə rəhbərlik edəcək.

Prezident İlham Əliyev Murad Cabbarlını Şəki şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edərək onun yerinə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubovu təyin edib.

Murad Cabbarlı Şəki şəhəri İcra Hakimiyyətinin başçısı vəzifəsinə 2010-cu il aprelin 21-də təyin edilmişdi.