Qafqazın ən yeni tarixinə fərqli baxış cəhdi

Abdulla İsa bu kitabı Qafqazı gəzərək yazıb, Azərbaycanda, Dağıstanda, Gürcüstanda – Pankisi dərəsində insanlarla söhbətləşib.

Onun rusca yazdığı və “Qanun” nəşriyyatında çap edilən “Горец” (“Dağlı”) kitabında son 20 ildə regionda baş verən hadisələrə fərqli – rəsmi versiyalardan fərqlənən yozuma cəhd var.

Müəllif dahi Azərbaycan şairi Nizami Gəncəvinin 8 əsr qabaq “İsgəndərnamə” əsərində yazdıqlarının bu gün də aktual olduğunu, poemada təsvir edilən hadisələrin coğrafiyası ilə Şərqin ən yeni tarixi arasında paralellər göründüyünü, 2500 il əvvəl müharibələrin baş verdiyi bölgələrin indi də “qaynar nöqtələr” olduğunu bildirir.

Bu həm Şimali Afrikadır, həm Pakistan, həm İraq, həm də Şimali Qafqaz...