Hind əsilli Britaniya yazıçısı Salman Rüşdinin "Gecəyarı uşaqları" romanı əsasında filmin çəkilişləri başa çatıb.
Şri-Lankada çəkilən və "Dəyişiklik küləkləri" adlanan filmin məzmunu haqda məlumatlar gizli saxlanır.
Rejissor Deepa Mehta deyib ki, kitabdakı hadisələr Hindistan və Pakistanda cərəyan etsə də, onlar dini qrupların etirazları ilə üzləşməmək üçün filmi Şri-Lankada çəkiblər.
"Bu filmi vaxtında çəkib qurtarmaq çox vacib idi və bunu etməyin qiyməti - sükut idi"
1997-ci ildə roman əsasında filmin Şri-Lankada çəkiləcəyi haqda məlumatlar mediaya sızandan sonra İran, eləcə də yerli müsəlman icmaları Şri-Lanka hökumətinə etirazını bildirmiş və çəkilişlərə qadağa qoyulmuşdu.
O zaman filmi BBC çəkmək istəyirdi. Bu 5 seriyalı film olmalıydı.
Amma bu dəfə - roman əsasında yeni versiyada film çəkmək istəyənlər, daha dəqiqi filmin rejissoru Deepa Mehta Şri-Lanka prezidentinə məktubla müraciət etmiş və prezident Mahinda Rajapaksa qadağanı ləğv etmişdi.
Yerli müsəlman icmasının filmin çəkilişləri haqda demək olar ki məlumatı olmayıb.
Sonradan sözçüsü deyib ki, prezident filmin lehinə və əleyhinə olanların arqumentlərini nəzərdən keçirib və çəkilişlərə icazə vermək qərarına gəlib.
Filmin rejissoru da kitabın müəllifi kimi qalmaqallıdır.
İranın keçmiş ali dini lideri Ayətulla Xomeyni "Şeytan ayələri" romanına görə Salman Rüşdi barəsində ölüm fitvası vermişdi.
Əslən Hindistandan olan, amma Kanadada yaşayan rejissor Deepa Mehta isə bir neçə il əvvəl çəkdiyi "Alov" filmi ilə radikal hindliləri qəzəbləndirmişdi.
Filmdə ərlərinin atdığı iki qadının bir-birinə məhəbbətindən danışılır.
Rejissorun eyni trilogiyaya daxil başqa bir filmi "Su" ilə bağlı isə Hindistanın şimal-şərqində kütləvi etirazlar keçirilmişdi.
Rüşdinin "Gecəyarı uşaqları" romanında Hindistanın ən ağrılı problemlərindən danışılır.
Magik realizm üslubunda yazılan romanda 1947-ci ildə - Britaniya müstəmləkəsi olan Hindistanın müstəqillik qazandığı gün - gecəyarı dünyaya gələn uşaqların taleyindən danışılır.
Yazıçı onların taleyindən danışmaqla həm də Hindistanın müstəillik dövrünün problemlərinə işıq tutur.
Bu da etnik və dini cəhətdən müxtəlif olan Hindistanda dinc şəraitdə insanların birgə yaşayışı problemidir.
Xüsusən hind və müsəlman icmaları arasında münasibətlər indinin özündə də tam hamar deyil.
Əsərin baş qəhrəmanı Səlim Sinai özündə fövqəladə güc hiss edir, o 1947-ci ildə - müstəqillik gününə keçən gecə dünyaya gəlmiş uşaqların hamısında belə bir fövqəladə güc olduğu qənaətindədir və o, müxtəlif din və millətləri təmsil edən həmin uşaqlarla əlaqə yaradıb onları bir araya gətirməyə çalışır.
Romandakı hadisələr 1947-77-ci illəri əhatə edir.
"Gecəyarı uşaqları" romanı Salman Rüşdinin ən gözəl əsəri sayılır.
Roman 1981-ci ildə ingilisdilli ölkələrin ən nüfuzlu ədəbi mükafatına - "Buker"ə layiq görülmüşdü.
1993-cü və 2008-ci illərdə isə Rüşdi bu romana görə "Bukerlərin Bukeri" adlanan mükafatı alıb.
Yəni 1993-cü ildə "Gecəyarı uşaqları"nı "Buker"in 25 illik tarixində bu mükafata layiq görülmüş ən yaxşı əsər, 2008-c ildə isə "Buker"in 40 illik tarixində bu mükafata layiq görülmüş ən yaxşı əsər elan ediblər.